Bu avtomobil şirkəti dünya miqyasında 3 min işçini ixtisar edəcək | Banco.az

Bu avtomobil şirkəti dünya miqyasında 3 min işçini ixtisar edəcək

Tamara Mustafayeva, Banco.az

ABŞ-ın əsas avtomobil istehsalçılarından biri olan "Ford" əsasən Şimali Amerikada olmaqla qlobal miqyasda 3 min nəfəri işdən çıxaracağını açıqlayıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, "Ford"un baş direktoru Cim Farli və İdarə Heyətinin sədri Bill Ford məsələ ilə bağlı işçilərə ortaq elektron məktub göndəriblər.

Sözügedən e-poçtda şirkətin xərc strukturunun ənənəvi olduğu və yeni rəqiblərlə rəqabət apara bilmədiyi qeyd edilib. "Ford"un yeni texnologiyaları mənimsəyərkən iş tərzini dəyişdiyinə işarə edərək resursların yenidən təşkil edildiyi vurğulanıb. 

Bildirilib ki, qlobal miqyasda 3 min nəfər işdən çıxarılacaq və ixtisarlar daha çox ABŞ, Kanada və Hindistanda baş verəcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sözügedən qərardan sonra şirkətin Nyu-York birjasında satılan səhmləri təxminən 5 faiz ucuzlaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et