Bu avtomobil şirkəti 500 əməkdaşını ixtisar edəcək | Banco.az

Bu avtomobil şirkəti 500 əməkdaşını ixtisar edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

“General Motors” şirkəti 500 əməkdaşını ixtisar etməyə hazırlaşır.

Banco.az xəbər verir ki, ABŞ-ın avtomobil firması “General Motors” balansındakı nağd vəsaiti saxlamaq və mənfəətini artırmaq üçün 500 əməkdaşını işdən çıxarmağa hazırlaşır.

CNBC nəşrinin mövzuya yaxın mənbələrə istinadən yaydığı xəbərə görə, ixtisarlar şirkətdə müxtəlif vəzifələri icra edən təxminən 500 nəfərə şamil ediləcək.

Qeyd edək ki, ilin sonuna olan məlumata görə, “General Motors”un dünya üzrə 86 min saatlıq maaşlı işçisi və 81 min aylıq maaşlı işçisi var. 500 iş yeri ixtisarı şirkətin aylıq maaş alan işçilərinin 1 faizindən azını təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et