Bu avtomobil nəhənginin xalis mənfəəti azalıb | Banco.az

Bu avtomobil nəhənginin xalis mənfəəti azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Nissan” şirkətinin xalis mənfəətində azalma qeydə alınıb.

Banco.az xəbər verir ki, Yaponiyanın avtomobil istehsalçısı “Nissan” 2022-ci ilin aprel-dekabr dövrü üzrə xalis mənfəətinin əvvəlki ilin eyni dövrü ilə müqayisədə 42,9 faiz azaldığını açıqlayıb.

Belə ki, şirkətin sözügedən dövrdə xalis mənfəəti 115 milyard yen (877 milyon dollar) təşkil edib.

Satış gəlirlərinin 21,9 faiz artaraq 7,5 trilyon yenə (57 milyard dollar) çatdığı 9 aylıq dövrdə şirkətin əməliyyat mənfəəti isə 51,4 faiz artaraq 289,8 milyard yenə (2,2 milyard dollar) yüksəlib.

Qeyd edək ki, xalis mənfəətin azalmasında xammal xərclərinin artması ilə yarımkeçirici tədarük çatışmazlığının mənfi təsirlərinin hiss olunduğu vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et