Bu avtomobil markası investisiya planını 180 milyard avroya çatdırıb | Banco.az

Bu avtomobil markası investisiya planını 180 milyard avroya çatdırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Volkswagen” beşillik investisiya planını 180 milyard avroya (193 milyard dollar) çatdırıb.

Banco.az xəbər verir ki, “Tesla”nın elektrik avtomobillərində liderliyi davam edərkən, Avropanın ən böyük avtomobil istehsalçısı “Volkswagen” elektrikli avtomobillərdə rəqabət qabiliyyətini artırmaq üçün beşillik investisiya planını 180 milyard avroya (193 milyard dollar) çatdırdığını açıqlayıb.

Şirkətdən bugün edilən açıqlamada bildirilib ki, qarşıdakı 50 il ərzində xərclərin təxminən 70 faizi elektrik avtomobilləri və proqram təminatına həsr olunacaq. Beləliklə, şirkət son illik yenilənməsi ilə müqayisədə ümumi xərclərini 13 faiz artırıb.

Xatırladaq ki, ötən ilin sonlarında alman avtomobil istehsalçısı Ukraynadakı müharibə ilə əlaqədar iqtisadi perspektivdəki qeyri-müəyyənliyi və əhəmiyyətli təchizat darboğazlarını əsas gətirərək yeni investisiya hədəflərinin müəyyən edilməsini təxirə salmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et