Bu avtomobil markası ətir kolleksiyası hazırlayıb | Banco.az

Bu avtomobil markası ətir kolleksiyası hazırlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Alman avtomobil nəhəngi “Mercedes-Benz” ətir kolleksiyası hazırlayıb.

Banco.az xəbər verir ki, “Mercedes-Benz” özünün məşhur üç zolaqlı loqosundan ilhamlanaraq “Land-Sea-Air” adlı yeni ətir kolleksiyasını təqdim edib.

IFF baş ətriyyatçısı Anne Flipo tərəfindən hazırlanmış kolleksiyanın hər bir parçası torpaq, dəniz və hava ilə əlaqəli unikal xüsusiyyətləri özündə cəmləşdirir.

Şirkət həmçinin qablaşdırmada yosun əsaslı kağızdan əldə edilən bioloji parçalana bilən materiallardan, eləcə də təkrar emal olunmuş şüşə butulkalardan istifadə edib. Butulkalar bir araya gəldikdə isə “Mercedes”in simvolik loqosunu meydana gətirirlər.

Ən sərfəli kredit üçün müraciət et

Kolleksiya “Mercedes-Benz”in Amerika saytında bir butulkası 115 dollara satışa çıxarılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram