Bu avtomobil firması loqotipini yeniləyib | Banco.az

Bu avtomobil firması loqotipini yeniləyib

Tamara Mustafayeva, Banco.az

Fransız avtomobil istehsalçısı “Citroën” (Sitroen) marka kimliyini və loqosunu yeniləyib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, yeni korporativ marka kimliyi və loqosu ilə “Citroën” yeni dövrə başlayır.

Yeni loqo ilk dəfə yeni konsept avtomobillə təqdim edilərkən, 2023-cü ilin ortalarından etibarən tədricən gələcək modellərdə və konsept avtomobillərdə istifadə olunacaq.

Citroen Unveils New Logo Inspired From Its Past, Teases New ...

Şirkətin yeni loqosu 1919-cu ilə məxsus orjinal oval loqotipin yenidən şərhini verir. Yeni marka imzası “Citroën” nəqliyyat həlləri və müştəri münasibətlərində cəsarətli, əhatəli və emosional dövrün sürətlənməsini vurğulayır. Marka həmçinin “Nothing Moves Us like Citroën” (Heç nə bizi Sitroen kimi daşıya bilmir) vədi ilə yeni bir şüardan istifadə etməyə başlayır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Citroën” dizayn komandası tərəfindən hazırlanmış yeni marka kimliyi “Stellantis”firmasına məxsus dizayn agentliyi olan “Stellantis Design Studio” ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlmişdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et