Müəllif - Aida İsaq, Banco.az
Əhalisini elektrik enerjisiylə təminatı baxımından ölkələrin reytinqi açıqlanıb.
Banco.az xəbər verir ki, Avropa ölkələrinin müvafiq reytinqində İslandiya birinci olub. Araşdırmanın nəticələrinə görə, ikinci yerdə Hollandiya, üçüncü yerdə isə Lixtenşteyn qərarlaşıb. Moldova, Rumıniya və Çexiya isə sıralamanı tamamlayıb.
Qeyd edək ki, araşdırmada elektrik enerjisinin mövcudluğunu qiymətləndirmək üçün Avropa qitəsinin sakinlərinin orta aylıq əməkhaqqı ilə ala biləcəyi kilovat-saatların sayı ilə bağlı məlumatdan istifadə edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!