Bu Avropa ölkəsi altı günlük iş həftəsinə keçdi | Banco.az

Bu Avropa ölkəsi altı günlük iş həftəsinə keçdi

Müəllif:Ayşən İmanova/Banco.az

Yunanıstanda iyulun 1-dən altı günlük iş həftəsi  qüvvəyə minib.

Banco.az xəbər verir ki, ölkə belə bir iş həftəsi ilə Aİ-də birinci olub.

Qüvvəyə minən yeni qanuna əsasən, 6 günlük iş həftəsinə keçən müəssisə bu barədə müvafiq dövlət orqanlarına, işçilərə məlumat verməli, həmçinin müəssisəsinin əlavə iş yükünə ehtiyacı olduğunu sübut etməlidir. 

Bundan əlavə, yeyinti sənayesində, turizm sektorunda, təhsil və gecə növbəsi ilə işləyən müəssisələrdə (saat 24:00-dan 6:00-dək) çalışan işçilər üçün altı günlük iş rejimi tətbiq edilə bilməz.

Bildirilib ki, altıncı iş günü üçün işçilərə gündəlik tariflərinin 40 faizi, bayram günlərində isə 115 faizi ödəniləcək. Eyni zamanda, onlar gələn həftə əlavə istirahət günü hüququ əldə edəcəklər və iş günü ciddi şəkildə səkkiz saat davam edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Yunanıstanın həmkarlar ittifaqları və ekspertləri qeyd edirlər ki, həftə sonları və bayram günlərində işləmək maddi cəhətdən mükafatlandırılsa da, bu, işçilərin iş yükünü xeyli artıracaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et