Bu aviaşirkət zəlzələ zonasından gediş və gəliş reyslərini pulsuz edib | Banco.az

Bu aviaşirkət zəlzələ zonasından gediş və gəliş reyslərini pulsuz edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“SunExpress” zəlzələ zonasından gediş və gəliş reyslərini pulsuz edib.

Banco.az xəbər verir ki, Türk Hava Yolları və Almaniyaya məxsus “Lufthansa”nın ortaq şirkəti olan “SunExpress” zəlzələ bölgəsindəki vilayətlər üzrə uçuşlardan ödəniş alınmayacağını açıqlayıb.

Bildirilib ki, aviaşirkət axtarış-xilasetmə və tibbi qrupların ən qısa zamanda zəlzələ bölgəsinə gətirilməsi üçün rəsmi qurumlarla koordinasiyalı şəkildə təşkil etdiyi xüsusi uçuşları davam etdirir. 

İndiyədək 42 xüsusi uçuş həyata keçirərək axtarış-xilasetmə və tibb qruplarını bölgəyə daşıyan “SunExpress” bu xüsusi uçuşların geri dönüş reyslərində də zəlzələdən zərər çəkmiş vətəndaşları təxliyə edir. Bu çərçivədə 3500-dən çox vətəndaş bölgədən təxliyə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda isə hava yolu şirkəti 21 Fevral 2023-cü il tarixinədək Adana, Diyarbəkir, Elazığ, Ərzurum, Qaziantep, Hatay, Malatya, Mardin, Qars, Kayseri, Samsun, Trabzon və Vandan bütün daxili və xarici reyslərə pulsuz bilet dəyişdirmə və ləğv etmə xidməti təklif edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et