Bu aviaşirkət sərnişinlər üçün könüllü ekoloji rüsum tətbiq edir | Banco.az

Bu aviaşirkət sərnişinlər üçün könüllü ekoloji rüsum tətbiq edir

Wizz Air aviaşirkəti sərnişinlər üçün yeni ekoloji rüsum tətbiq edir.

Rüsum könüllü olacaq və bütün əldə edilmiş və sair karbon emissiyalarının zərərsizləşdirilməsinə xərclənəcək.

Aviaşirkətin saytında bir sərnişinin daşınmasına nə qədər yanacaq xərclədiyi və təyyarələrin atmosferə nə qədər karbondioksid buraxdığını hesablayan kalkulyatora rast gəlmək olar. Həmçinin bu cür emissiyanın zərərsizləşdirilməsinin dəyəri də göstərilib. Məsələn, Vilnüs-Stokholm reysi ilə uçan sərnişinə 89 litr yanacaq sərf olunur, atmosferə isə 210 kiloqram karbon qazı buraxılır. Şirkət bu emissiyanın zərərsizləşdirilməsi üçün 2 avro ödəməyi təklif edir. Şirkət məhz bunu ekoloji rüsum adlandırır.

Bildirilib ki, toplanan bütün vəsaitin Uqandada ağacların köçürülərək başqa yerdə əkilməsinə və Ekvadorda enerji mənbəyi kimi orqanik mənşəli qazdan istifadəyə yönəldilməsinə sərf edilməsi planlaşdırılır.

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram