Müəllif: Tamara Mustafayeva, Banco.az
“Pegasus” aviaşirkəti ilin ilk rübündə proqnozlardan daha böyük həcmdə zərər açıqlayıb.
Banco.az xəbər verir ki, Türkiyənin aşağı büdcəli aviaşirkəti olan “Pegasus” 2023-cü ilin birinci rübü üzrə balans hesabatını dərc edib.
Buna görə, aviaşirkət sözügedən dövrdə 598 milyon TL zərərlə üzləşib ki, proqnozlar 441 milyon TL istiqamətində idi. TL əsaslı EBITDA 1,204 milyard TL, ekspertlər 1,159 milyard TL gözləyirdilər, dövriyyə isə proqnozlara uyğun olaraq 8,79 milyard TL hesablanıb.
Xarici valyuta əsasında isə şirkət ilin ilk rübündə 22 milyon avro xalis zərər açıqlayıb. “Pegasus” ötən ilin eyni dövründə 60 milyon avro zərərə uğradığını bildirmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!