Tamara Mustafayeva, Banco.az
Meksika, Amerika Birləşmiş Ştatları və Mərkəzi Amerikaya xidmət edən hava yolu şirkəti "Volaris" bitkoinlə bilet satışı həyata keçirəcək.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Salvadorun bitkoini rəsmi ödəniş vasitəsi kimi tanımasından sonra şirkət və qurumlar bu qərara sürətlə adaptasiya olmağa başlayıblar. Sözügedən şirkətlərin sırasına indi də ucuz qiymətə bilet satışı həyata keçirən "Volaris" hava yolu şirkəti qoşulub.
"Chivo" cüzdanı vasitəsilə həyata keçirləcək ödəmə sistemi haqqında hazırda ətraflı informasiya yoxdur.
Xatırladaq ki, Salvador hökuməti tərəfindən ötən ay istifadəyə buraxılan "Chivo" adlı rəqəmsal bitkoin cüzdanından hazırda çox sayda insan istifadə edir.
Bizi sosial şəbəkələrdən izləyin!!