Müəllif:Ayşən İmanova/Banco.az
Dünyanın ən böyük aviaşirkətlərindən olan “Lufthansa” bu il təxminən 10 min nəfəri işə götürməyi planlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə Almaniya aviasiya qrupunun məlumatında deyilir.
Qeyd olunur ki, işə götürüləcək 10 min nəfərin 800-ü pilot, 2 mini ekipaj üzvü, 1400-ü yerüstü xidmət, 1300-ü isə texniki heyət işçiləri olacaq. Bundan əlavə, ofis xidmətləri üçün də yeni əməkdaşların işə götürülməsi nəzərdə tutulur. İşə qəbulun yarıdan çoxunun Almaniyada olacağı bildirilir.
Xatırladaq ki, ötən il alman aviaşirkəti 13 mindən çox işçi götürüb.
“Lufthansa” səhmləri çərşənbə günü ticarətdə 2,1% ucuzlaşıb. Son 12 ayda onların dəyəri 25,6% azalıb.