Bu Asiya ölkəsində iqtisadi artım proqnozları üstələyib | Banco.az

Bu Asiya ölkəsində iqtisadi artım proqnozları üstələyib

Tamara Mustafayeva, Banco.az

Sinqapur iqtisadiyyatı ilin III rübündə xidmət və tikinti sektorunun böyüməsi ilə proqnozlarından çox artım göstərib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, hökumətin cümə günü açıqladığı ilkin hesablamalara görə, Sinqapur iqtisadiyyatı üçüncü rübdə keçən ilin eyni dövrü ilə müqayisədə gözləniləndən çox artıb.

Bundan əlavə, ölkənin mərkəzi bankı ötən ay gözləntilərə uyğun olaraq beşinci dəfə pul siyasətini sərtləşdirib.

İyul-sentyabr rübündə ümumi daxili məhsul (ÜDM) II rübdəki artıma uyğun olaraq 4,4 faiz qeydə alınıb.

Bu Cənub-Şərqi Asiya ölkəsi birinci rüblə müqayisədə ikinci rübdəki 0,2 faizlik geriləmənin ardınca mövsümi təsirlərdən kənarlaşdırılmış rüblük ÜDM-in 1,5 faiz artımı ilə texniki tənəzzüldən yayınıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et