BTC ilə Türkiyə vasitəsilə nəql edilən neftin həcmi açıqlanıb | Banco.az

BTC ilə Türkiyə vasitəsilə nəql edilən neftin həcmi açıqlanıb

Bu ilin yanvar-mart aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 50 778 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 2,35% azdır.

Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən bildirilir ki, ötən ilin müvafiq dövründə Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 52 001 min barel neft nəql edilib.

Xatırladaq ki, ötən il Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 200 149 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 2,8% azdır.

Qeyd edək ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et