BTC ilə indiyədək 576 mln. ton neft nəql edilib | Banco.az

BTC ilə indiyədək 576 mln. ton neft nəql edilib

2024-cü ilin birinci yarısında BTC üzrə əməliyyat xərclərinə təxminən 70,5 milyon dollar, əsaslı xərclərə isə 17,7 milyon dollar vəsait xərclənib.

Banco.az BP-nin bu ilin birinci yarısına həsr edilmiş hesabatına istinadən xəbər verir ki, 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2024-cü ilin iyun ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 576 milyon ton (4,3 milyard bareldən çox) xam neft nəql edilmiş və Ceyhanda 5707 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

İlk altı ay ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 14 milyon ton (təxminən 110 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 150 tankerə yüklənmiş və yola salınıb.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın AÇG-dən kənar hasilat həcmləri) də nəql olunur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et