“BTC Co.” şirkəti payçısı olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2017-ci ilin ötən dövründə 72 mln. manat (42 mln. ABŞ dolları) həcmində divident əldə etdiyini bildirib.
Bu barədə SOCAR-ın 2016-cı il üzrə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun konsolidasiya edilmiş maliyyə hesabatında qeyd olunub.
Məlumata görə, dividentlər tam həcmdə SOCAR-a ödənilib.
Qeyd edək ki, “BTC Co.” Bakı-Tbilisi-Ceyhan neft kəməri üzrə əməliyyatlar üçün yaradılıb."BTC Co."-nun səhmdarları rolunda BP (30,10%), "AzBTC" (25,00%), "Chevron" (8,90%), "Statoil" (8,71%), TPAO (6,53%), "Eni" (5,00%), "Total" (5,00%), "Itochu" (3,40%), "Inpex" (2,50%), CIECO (2,50%) və "ONGC (BTC) Ltd." (2,36%) şirkətləri çıxış edir.
Mənbə: Report.az