Azərbaycanda fəaliyyət göstərən broker şirkətlərindən biri təşkilatı-hüquqi formasını dəyişib. Bu “AFB Bank”ın törəmə strukturu olan “AzFinans İnvest” şirkətidir. Qurum MMC-dən QSC-yə çevrilib. Bununla da səhmdar cəmiyyət formasında fəaliyyət göstərən broker şirkətlərinin sayı “Unibank”ın təsis etdiyi “Unicapital” ASC ilə birlikdə 2-yə çatıb.
İyunun 27-də isə “Dəmirbank”ın səhmdarlarının toplantısında bankın törəmə strukturu olan “ADB Broker” MMC-nin ASC-yə çevrilməsi məsələsi həll ediləcək. Qalan 11 broker şirkətinin isə bu məsələni nə vaxt həll edəcəyi məlum deyil.
Milli Məclisin mayın 15-də qəbul etdiyi “Qiymətli kağızlar bazarı haqqında” qanuna görə, bütün broker şirkətləri investisiya şirkətinə çevrilməli, bunun üçün isə səhmdar cəmiyyət formasında fəaliyyət göstərməlidir.
fins.az