Müəllif: Tamara Mustafayeva, Banco.az
Britaniyanın "Rolls-Royce" şirkəti 2025-ci ildə mənfəətini 40 faiz artırıb.
Banco.az xəbər verir ki, mülki aviasiya, müdafiə, enerji sistemləri və nüvə energetikası kimi sahələrdə fəaliyyət göstərən Britaniya şirkəti “Rolls-Royce” ötən il mənfəətini 40 faiz artıraraq 3,5 milyard funt sterlinə çatdırıb.
Şirkət 2025-ci ilə dair maliyyə nəticələrini açıqlayıb.
Məlumata əsasən, ötən il gəliri 20,05 milyard funt sterlinq təşkil edən "Rolls-Royce" təyyarə mühərrikləri bölməsindəki güclü göstəricilərin təsiri ilə 3,5 milyard funt sterlinq həcmində əsas əməliyyat mənfəəti əldə edib.
Bu göstərici 2024-cü ildə qeydə alınmış 2,5 milyard funt sterlinqlə müqayisədə 40 faiz artım deməkdir. Şirkətin əməliyyat marjası isə 2024-cü ildəki 13,8 faiz səviyyəsindən ötən il 17,3 faizə yüksəlib.
Şirkət 2026-cı il üzrə əsas əməliyyat mənfəətini 4–4,2 milyard funt sterlinq aralığında proqnozlaşdırıb. Eyni zamanda, baza il kimi 2028-ci ili götürdüyü orta müddətli hədəflərini yuxarı istiqamətdə yeniləyərək 4,9–5,2 milyard funt sterlinq əsas əməliyyat mənfəəti səviyyəsində müəyyənləşdirib.
"Rolls-Royce" 2025-ci ildə başa çatdırdığı 1 milyard funt sterlinqlik səhm geri alışı proqramından sonra, 2026–2028-ci illəri əhatə edən və 7–9 milyard funt sterlinq məbləğində ilk çoxillik səhm geri alışı proqramını da elan edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
