Britaniyanın məşhur enerji şirkəti Azərbaycan bazarını tərk edir | Banco.az

Britaniyanın məşhur enerji şirkəti Azərbaycan bazarını tərk edir

Böyük Britaniyanın “SNC Lavalin Caspian Limited” şirkəti Bakıdakı nümayəndəliyini ləğv edir.

Bu barədə “Vergilər” qəzeti məlumat yayıb.

Kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 1 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “SNC Lavalin-Atkins” şirkəti 1990-cı ildən Azərbaycanda mühəndislik və dizayn üzrə müxtəlif layihələrdə iştirak edib. 2016-cı ildən isə şirkətin Bakı ofisi açılıb və Azərbaycanda neft-qaz, bərpa olunan enerji sektorunda dövlət qurumları, özəl sektor ilə əməkdaşlıq edib.

Apa

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram