Britaniyanın maliyyə naziri tənəzzüllə bağlı açıqlama verib | Banco.az

Britaniyanın maliyyə naziri tənəzzüllə bağlı açıqlama verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Maliyyə Naziri Ceremi Hant İngiltərə iqtisadiyyatının gələcək perspektivləri ilə bağlı açıqlamalar edib.

Banco.az xəbər verir ki, Böyük Britaniyanın maliyyə naziri Ceremi Hant İngiltərə iqtisadiyyatının bu il texniki tənəzzülə girməyəcəyini, inflyasiyanın ilin sonunda 2,9 faizə enəcəyini bildirib.

Nazir bu barədə Britaniya hökumətinin "Yaz Dövrü" büdcəsi ilə bağlı parlamentdəki çıxışında bildirib.

O, hökumətinin insanların ev təsərrüfatı xərclərini zaltmaq üçün enerji şirkətləri vasitəsilə həyata keçirilən dövlət dəstəyini davam etdirəcəyini ifadə edib və ev təsərrüfatlarının enerji ödənişlərinin növbəti üç ay ərzində ildə 2500 funt sterlinq səviyyəsində saxlanacağını dilə gətirib.

Nazir həmçinin qeyd edib ki, Büdcə Məsuliyyəti İdarəsinin (OBR) hesablamalarına görə, iqtisadiyyatın bu ilin sonunda 0,2 faiz kiçilə biləcəyini gözləyirlər, ancaq bununla belə, iqtisadiyyatın iki rüb ardıcıl olaraq daralmayacağını, beləliklə, tənəzzül ehtimalı olmadığını düşünürlər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et