Müəllif - Aida İsaq, Banco.az
İngiltərə iqtisadiyyatı qarşıdakı ildə BVF-nin təqdim etdiyi bədbin proqnozun əksinə müsbət istiqamətə doğru irəliləyəcək.
Banco.az xəbər verir ki, bu barədə Britaniyanın maliyyə naziri Jeremy Hunt bildirib. O, BVF-nin İngiltərə iqtisadiyyatının bu il 0,3 faiz daralacağı və 2024-cü ildə isə cəmi 1 faiz böyüyəcəyi proqnozu ilə razılaşmayıb. Onun sözlərinə görə, ölkəsi üçün daha yaxşı nəticələr gözlənilir.
Qeyd edək ki, Böyük Britaniyanın Milli Statistika İdarəsi bu gün fevral ayı üzrə artım məlumatlarını açıqlayacaq. Yanvarda 0,3 faiz olan artımın fevral ayında 0,1 faiz olacağı gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!