Britaniyanın ən böyük şəbəkə operatoru kütləvi ixtisarlara hazırlaşır | Banco.az

Britaniyanın ən böyük şəbəkə operatoru kütləvi ixtisarlara hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“BT Group” 55 minə yaxın işçisini ixtisar etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, Böyük Britaniyanın ən böyük şəbəkə operatoru “BT Group” 2030-cu ilə qədər işçi qüvvəsini 40-55 min nəfər azaltmağı planlaşdırdığını elan edib.

Şirkətin 31 mart 2022-31 mart 2023 maliyyə ili üzrə nəticələrinə görə, “BT Group”un gəlirləri əvvəlki illə müqayisədə 1 faiz azalaraq 20,7 milyard funt sterlinq olub. Şirkətin vergidən əvvəlki mənfəəti isə 12 faiz azalaraq 1,7 milyard funt sterlinqə düşüb.

Bu baxımdan, “BT Group” xərclərini azaltmaq və mənfəətini artırmaq üçün 2028-2030-cu maliyyə illərində işçilərin ümumi sayını 130 mindən 75-90 minə endirməyi nəzərdə tutur. Bu da şirkətin növbəti 7 il ərzində ümumi işçi sayını 40 faizdən çox azaldacağı deməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, şirkətdə rəqəmsallaşmanın artması ilə daha az işçi qüvvəsi tələb olunacağı güman edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et