"Britaniyalılar daha kasıb olduqlarını etiraf etməlidirlər" | Banco.az

"Britaniyalılar daha kasıb olduqlarını etiraf etməlidirlər"

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərə Bankının (BoE) baş iqtisadçısı Pyu Pill Britaniya xalqının hazırda daha kasıb olduğunu və bunu etiraf etməli olduqlarını söyləyib.

Banco.az xəbər verir ki, İngiltərə Bankının (BoE) baş iqtisadçısı Pyu Pill Kolumbiya Universiteti Hüquq Məktəbinin podcast yayımına qoşulub.

Pill qeyd edib ki, Böyük Britaniyada hər kəs inflyasiya paketini zəncirin növbəti halqasına köçürməyə çalışır və bu, müəyyən dərəcədə başa düşüləndir. Böyük Britaniyanın əsas təbii qaz idxalçısı olduğunu vurğulayan Pill, “Əgər aldığınız şeyin dəyəri satdığınızla müqayisədə artıbsa, bu, vəziyyətinizin pisləşməsi deməkdir”, deyə əlavə edib.

O, “Biz hamımızın daha pis vəziyyətdə olduğumuzu və lazım olanı etməli olduğumuzu qəbul etmək istəksizliyi ilə qarşı-qarşıya qalmışıq”, dəyərləndirməsini edib.

İnflyasiyanın uzun müddətdir İngiltərə Bankının 2 faizlik hədəf səviyyəsindən yuxarı olduğunu xatırladan Pill Rusiyanın Avropaya qaz axınını kəsməsi nəticəsində təbii qazın topdansatış qiymətlərinin əhəmiyyətli dərəcədə artdığını və bunun da inflyasiyaya böyük töhfə verdiyini vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram