Britaniyalı rəssam milyonlarla dollarlıq sənət əsərlərini yandırıb | Banco.az

Britaniyalı rəssam milyonlarla dollarlıq sənət əsərlərini yandırıb

Tamara Mustafayeva, Banco.az

Məşhur rəssam Damien Hirst NFT versiyaları satılan milyonlarla dollar dəyərindəki sənət əsərlərini yandırıb.

Banco.az xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyanın qabaqcıl rəssamlarından biri olan Damien Hirst NFT versiyalarını satışa çıxardığı milyonlarla dollar dəyərində sənət əsərini yandırıb. Hirst əvvəllər son kolleksiyasına məxsus əsərlərinin həm NFT, həm də fiziki olaraq təqdim ediləcəyini, NFT versiyasına üstünlük verilən əsərlərin fiziki versiyalarının yandırılacağını bildirmişdi.

Bu yaxınlarda Londondakı Newport Street Qalereyası sənətkarın kolleksiyasındakı əsərlərdən 5149-nun fiziki, 4851-nin isə rəqəmsal olaraq alındığını açıqlayıb. Hirst də oktyabrın 11-də sözügedən qalereyada satılan bəzi əsərlərini yandıraraq həmin anları sosial media hesabında canlı yayımlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Yandırılmış əsərlərin ümumi dəyərinin təxminən 10 milyon funt sterlinq olduğu düşünülür.

Qeyd edək ki, bir qismi yandırılan əsərlərin davamı isə 30 sentyabr 2023 tarixində yenə də məhz Newport Street Qalereyasında yandırılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et