Britaniyalı musiqiçinin itgin düşmüş qitarası rekord qiymətə satıldı | Banco.az

Britaniyalı musiqiçinin itgin düşmüş qitarası rekord qiymətə satıldı

Müəllif:Ayşən İmanova/Banco.az

"The Beatles" qrupunun əfsanəvi üzvü Con Lenonun 50 ildir itdiyi düşünülən və çardaqda tapılan akustik gitarası hərracda rekord qırıb.

Banco.az xəbər verir ki, Con Lenonun 1965-ci ildə “Help!” və “Rubber Soul” albomlarının yazılması zamanı istifadə etdiyi “Hootenanny” adlı akustik gitarası hərracda təxminən 2,9 milyon dollara satılıb. Beləliklə, o, Britaniya qrupunun tarixində indiyə qədər hərracda satılan ən bahalı gitara olub.

Qeyd edək ki, rok musiqisi tarixinin ən mühüm qrupu olan “Beatles” ilə əlaqəli musiqi alətləri əvvəllər də inanılmaz qiymətlərə satılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et