Müəllif:Ayşən İmanova/Banco.az
Böyük Britaniyada 700-dən çox keçmiş və indiki "McDonald's" işçisi fast-food şəbəkəsinə qarşı iş yerində təqib iddiasına qoşulub.
Banco.az xəbər verir ki, bu barədə "Leigh Day" hüquq firması məlumat yayıb.
"McDonald's"da işləyən 19 və ondan aşağı yaşda olan 700-dən çox işçi onların adından məhkəmə iddiası qaldırılması tələbi ilə "Leigh Day" hüquq firması ilə əlaqə saxlayıblar", - deyə şirkət öz internet səhifəsində bildirib.
Qeyd olunur ki, hazırda bu şəbəkənin 450-dən çox restoranı məhkəmə proseslərində iştirak edir. "McDonald's" ixtisaslaşmış iddialar qrupunun nümayəndələri ilə söhbətlərdə qurbanlar irqçilik, təqib və əlilliyə görə ayrı-seçkilik təcrübələrini bölüşüblər.