Britaniyada yeni kralın əks olunduğu əskinaslar buraxılacaq | Banco.az

Britaniyada yeni kralın əks olunduğu əskinaslar buraxılacaq

Böyük Britaniyada kral III Çarlzın əks olunduğu yeni funt sterlinq əskinasları bu ilin sonuna kimi təqdim olunacaq.

Bu barədə İngiltərə Bankının açıqlamasında deyilir.

Yeni pulların dövriyyəyə 2024-cü ilin ortalarında daxil olacağı proqnozlaşdırılır. Eyni zamanda mərhum kraliça II Elizabetin əks olunduğu əskinaslar da qüvvədə qalmaqda davam edəcək.

Xatırladaq ki, II Elizabet 70 illik hakimiyyətdən sonra sentyabrln 8-də 96 yaşında vəfat edib.

Trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et