Britaniyada xidmət sektoru üç aydır ki, artım göstərir | Banco.az

Britaniyada xidmət sektoru üç aydır ki, artım göstərir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada xidmət sektorunun PMI göstəricisi son 8 ayın ən yüksək səviyyəsinə çatıb.

Banco.az xəbər verir ki, “S&P”/”CIPS” yanvar ayı üzrə Böyük Britaniyada xidmət sektorunun Satınalma Menecerləri İndeksi (PMI) məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, ölkədə xidmət sektoru PMI ötən ay 54,3 punkta yüksələrək son 8 ayın ən güclü nəticəsini reallaşdırıb.

Belə ki, Böyük Britaniyada xidmət sektoru PMI məlumatları əvvəlki ay, yəni 2023-cü ilin dekabrında 53,4 punkt olaraq qeydə alınmışdı.

Bununla da, ölkə iqtisadiyyatının təxminən 80 faizini təşkil edən xidmət sektoru son üç ayda böyüməyə davam edib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, PMI göstəricisində 50 punktdan yuxarı dəyər sektorda artımı, aşağı dəyər isə daralmanı göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et