Britaniyada üzərində Kral III Çarlzın təsviri olan sikkə dövriyyəyə buraxılıb | Banco.az

Britaniyada üzərində Kral III Çarlzın təsviri olan sikkə dövriyyəyə buraxılıb

Müəllif:Ayşən İmanova/Banco.az

Böyük Britaniyada üzərində kral III Çarlzın təsviri olan 1 funt-sterlinqlik sikkə dövriyyəyə buraxılıb.

Banco.az xəbər verir ki, bu barədə Böyük Britaniya Kral Sikkəxanasının rəsmi saytında məlumat verilib.

Məlumata görə, 2,975 milyon funt-sterlinqlik sikkə artıq ölkə üzrə bank filiallarına göndərilib.

Bundan əvvəl üzərində kralın təsviri olan 50 penslik sikkələr artıq dövriyyəyə buraxılmışdı.

Xatırladaq ki, III Çarlz 2022-ci il sentyabrın 8-də II Elizabetin ölümündən sonra Britaniya taxtına oturub. Monarxın tacqoyma mərasimi 6 may 2023-cü ildə Londondakı Vestminster abbatlığında baş tutub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et