Britaniyada “Microsoft”a qarşı milyard dollarlıq antiinhisar iddiası qaldırılıb | Banco.az

Britaniyada “Microsoft”a qarşı milyard dollarlıq antiinhisar iddiası qaldırılıb

Müəllif:Ayşən İmanova/Banco.az

Böyük Britaniyada Amerikanın “Microsoft” korporasiyasına qarşı 1 milyard funt sterlinq (1,27 milyard dollar) dəyərində kollektiv antiinhisar iddiası qaldırılıb.

Banco.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin məlumatına görə, “Scott+Scott” hüquq firması tərəfindən qaldırılan kollektiv  iddiada, korporasiya “Google” və “Amazon” kimi rəqiblərin bulud platformaları ilə birlikdə “Windows Server” əməliyyat sistemindən istifadə edən Britaniya korporativ müştəriləri üçün qiymətləri süni şəkildə artırmaqda ittiham olunur. İddia dekabrın 3-də Böyük Britaniyanın Rəqabət Apellyasiya Məhkəməsinə təqdim edilib.

Ən sərfəli kredit üçün müraciət et

Britaniya şirkətlərini təmsil edən iddiaçı Maria Luiza Ştazi bildirib ki, “Microsoft”un yanaşması rəqabəti məhdudlaşdırır və bununla da müştəriləri “Microsoft”un bulud platforması olan “Azure”dan istifadə etməyə sövq edir.