Müəllif:Ayşən İmanova/Banco.az
Böyük Britaniyada istehlak qiymətləri noyabrda illik müqayisədə 2,6% artıb.
Banco.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin (ONS) hesabatında deyilir.
Beləliklə, inflyasiya oktyabrda olan 2,3%-lə müqayisədə sürətlənib və son səkkiz ayın ən yüksək səviyyəsinə çatıb.
Ötən ay ən çox artım istirahət (3,6 faiz), mənzil-kommunal xidmətləri (3 faiz), o cümlədən ərzaq və alkoqolsuz içki (2 faiz) qiymətlərində müşahidə olunub. Nəqliyyat xidmətləri isə 0,9% ucuzlaşıb.
Britaniyada istehlak qiymətləri noyabrda əvvəlki ayla müqayisədə 0,1%, oktyabrda isə 0,6% artıb.
Ərzaq, spirt, tütün və enerji xərcləri (CPI indeksi) nəzərə alınmadan qiymətlər illik ifadədə 3,5% artıb və ay ərzində dəyişməyib. Oktyabrda artım müvafiq olaraq 3,3% və 0,4% təşkil edib.