Britaniyada “Ford”un işçiləri maaşların aşağı olması səbəbindən tətil edəcəklər | Banco.az

Britaniyada “Ford”un işçiləri maaşların aşağı olması səbəbindən tətil edəcəklər

Müəllif:Ayşən İmanova/Banco.az

Böyük Britaniyada "Ford" avtomobil müəssisəsinin mindən çox işçisi əməkhaqqı mübahisələrinə görə tətilə çıxmağa hazırlaşır.

Banco.az xəbər verir ki, bu barədə Britaniyanın "Unite" həmkarlar ittifaqının bəyanatında deyilir.

Ən sərfəli kredit üçün müraciət et

"Ford" zavodunda mindən çox inzibati işçiyə təsir edən əməkhaqqı və müqavilə dəyişiklikləri ilə bağlı uzunmüddətli münaqişə sabahdan başlayacaq tətilə çevrilib", - deyə bəyanatda vurğulanıb.

Qeyd olunub ki, şirkət işçilərinə daimi maaş artımı təklif edə bilməyib, bunun əvəzinə 2024-cü il üçün birdəfəlik ödəniş təklif edib.