Böyük Britaniyada benzinin orta qiyməti hər litr üçün 1,7 funt-sterlinqi (2,13 ABŞ dolları) keçib ki, bu da ölkədə indiyə qədər qeydə alınan ən yüksək göstəricidir.
Bu barədə çərşənbə günü “Sky News” telekanalı sənaye araşdırmalarına istinadən məlumat yayıb.
Krallıqda dizelin qiymətləri də anti-Rusiya sanksiyaları fonunda maksimal artım nümayiş etdirir, hazırda bir litr orta hesabla 1,81 funta (2,26 ABŞ dolları) satılır.
Qeyd edək ki, bir il əvvəl Böyük Britaniyada benzin və dizelin orta hesabla litri müvafiq olaraq 1,29 və 1,31 funta satılırdı.
report
Bizi sosial şəbəkələrdən izləyin!!