Britaniya Ukraynaya hər il 3 milyard funt sterlinq ayırmağı planlaşdırır | Banco.az

Britaniya Ukraynaya hər il 3 milyard funt sterlinq ayırmağı planlaşdırır

Müəllif:Ayşən İmanova/Banco.az

Böyük Britaniya hökuməti Ukraynaya hər il 3 milyard funt sterlinq ayırmağı planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin rəis müavini Lyuk Pollard məlumat verib.

Nazir müavini “lazım olana qədər” analoji məbləğdə dəstəyin ayrılacağını açıqlayıb. O həmçinin vurğulayıb ki, Britaniya G7-nin Fövqəladə Gəlirlərin Sürətləndirilməsi proqramı çərçivəsində əlavə yardım göstərməyi planlaşdırır.

“Növbəti iki maliyyə ili ərzində hökumət Ukraynaya G7-nin Fövqəladə Gəlirlərin Sürətləndirilməsi proqramı çərçivəsində 2,26 milyard funt sterlinqlik kreditin ilk hissəsi kimi əlavə 1,5 milyard funt-sterlinq dəstək verəcək və bu, Ukraynaya böyük satınalma layihələrini həyata keçirməyə imkan verəcək”, - deyə nazir müavininin məktubunda deyilir.