Britaniya Ukraynaya 35 milyon funt-sterlinq ayırıb | Banco.az

Britaniya Ukraynaya 35 milyon funt-sterlinq ayırıb

Müəllif:Ayşən İmanova/Banco.az

Böyük Britaniya hökuməti Ukraynaya əlavə olaraq 35 milyon funt sterlinq (təxminən 44,5 milyon ABŞ dolları) ayırıb.

Banco.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerin ofisinin yaydığı bəyanatda deyilir.

Qeyd olunur ki, bu vəsait Ukraynada enerji infrastrukturunun bərpası və ölkə sakinlərinə humanitar yardımın göstərilməsi üçün nəzərdə tutulub.

“Londonun təqdim etdiyi maliyyə paketinin 20 milyon funt-sterlinqi (25,4 milyon ABŞ dolları) ölkənin enerji ehtiyaclarının təcili olaraq ödənilməsi və xəsarət alan enerji şəbəkələrinin təmiri, eləcə də onların mühafizəsi tədbirləri üçün istifadə edilməlidir”, - məlumatda deyilir.

Ən sərfəli kredit üçün müraciət et

Bildirilir ki, digər məsələlərlə yanaşı, bu vəsait ölkəni əlavə 20 MVt güclə təmin edəcək layihənin həyata keçirilməsinə yönəldiləcək.

15 milyon funt sterlinq (19,1 milyon ABŞ dolları) isə qış fəslində vətəndaşların ən həssas təbəqəsinə humanitar yardım göstərmək üçün nəzərdə tutulub. Bu vəsaitin bir hissəsi Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının ofisi vasitəsilə təmin ediləcək.