Britaniya Ukraynaya 3 milyard dollar köçürəcək | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Britaniya Ukraynaya 3 milyard dollar köçürəcək

Müəllif:Ayşən İmanova/Banco.az

London dondurulmuş Rusiya aktivlərinin yenidən investisiya edilməsindən əldə olunan gəlirdən Kiyevə 3 milyard dollar köçürəcək.

Banco.az xəbər verir ki, bu barədə Ukraynanın “İnsayder” nəşri Böyük Britaniyanın Baş naziri Kir Starmerin Kiyevə səfərinin yekunlarına dair məlumatında bildirib.

Bundan əvvəl Britaniya KİV-ləri bu tranşın Ukraynaya kredit şəklində verilməsinin planlaşdırıldığını və onun dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına ödəniləcəyini bildirmişdilər. Eyni zamanda, London Kiyevin əldə edəcəyi vəsaitlə hansı silahları alacağı ilə bağlı veto hüququnu özündə saxlamaq niyyətində idi.

Qeyd edək ki, Böyük Britaniya Qərbdə bloklanan Rusiya aktivlərindən əldə edilən mənfəətdən istifadə edərək Ukraynaya 50 milyard ABŞ dolları dəyərində kredit ayrılmasını öhdəsinə götürən “Böyük yeddilik” üzvlərindən biridir.