Britaniya şirkəti Azərbaycanda qızıl istehsalını artırıb | Banco.az

Britaniya şirkəti Azərbaycanda qızıl istehsalını artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining" şirkəti "Gədəbəy" müqavilə ərazisi üzrə bu ilin birinci rübü üzrə hasilat nəticələrini açıqlayıb.

Banco.az şirkətə istinadən xəbər verir ki, şirkət bu ilin rübündə 6,029 unsiya qızıl istehsal edib. Bu da illik müqayisədə 2,7 dəfə çoxdur. Belə ki, bu göstərici 2024-ci ilin eyni dövründə 2,266 unsiya təşkil edib.

Əlavə edək ki, "Anglo-Asian Mining" Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) müqaviləsi çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına "Gədəbəy" yatağında 2009-cu ildə başlanılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram