Britaniya sərhəd təhlükəsizliyini gücləndirmək üçün 100 milyon dollar xərcləyəcək | Banco.az

Britaniya sərhəd təhlükəsizliyini gücləndirmək üçün 100 milyon dollar xərcləyəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Böyük Britaniya hökuməti ölkənin sərhəd təhlükəsizliyini gücləndirmək üçün 75 milyon funt sterlinq (təxminən 100 milyon ABŞ dolları) xərcləyəcək.

Banco.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri İvet Kuper bildirib.

Məlumata görə, vəsait yeni Leyborist hökuməti tərəfindən yaradılmış Sərhəd Komandanlığı, polis və Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyin maliyyələşdirilməsinə yönəldiləcək.

Nazirlikdən bildirilib ki, hələ Mühafizəkarlar hökuməti tərəfindən qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri üçün ayrılan əlavə vəsait sərhədçilərin və müstəntiqlərin sayının artırılmasına, habelə müşahidə, məlumatların toplanması və emalı üzrə qabaqcıl texnologiyaların tətbiqinə imkan verməlidir.

“Cinayətkar qruplaşmalar sərhədlərimizin təhlükəsizliyini pozur, insanların həyatını təhlükə altına salırlar və buna görə məsuliyyətə cəlb edilmirlər. Sərhəd Komandanlığı sərhədlərimizin təhlükəsizliyini gücləndirmək üçün miqrant qaçaqmalçılığı və insan alveri qruplaşmaları ilə mübarizəyə yanaşmasını yenidən nəzərdən keçirəcək və modernləşdirəcək”, - Kuper qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram