Müəllif:Ayşən İmanova/Banco.az
Britaniya monarxiyası kral mülklərindən və daşınmaz əmlakdan əldə edilən mənfəətin kəskin artması səbəbindən rəsmi vəzifələri yerinə yetirmək üçün əlavə 45 milyon funt sterlinq (58 milyon dollar) alacaq.
Banco.az xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.
Məlumata görə, monarxiyanın səhmlərindən əldə edilən mənfəət 1,1 milyard funt-sterlinqə (1,42 milyard dollar) qədər artıb ki, bu da öz növbəsində kral ailəsinin cari xərclərini ödəyən suveren qrantı artıracaq.
Rəsmilərin dediyinə görə, qrant 2024-2025-ci illərdə 86,3 milyon funt sterlinqdən (111,4 milyon dollar) 2025-2026-cı illərdə 132 milyon funt-sterlinqə (170 milyon dollar) yüksələcək və Bukingem Sarayının təmirinin son mərhələlərini ödəməyə kömək edəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!