Müəllif: Gülnar Əhmədli, Banco.az
Britaniya iqtisadiyyatı bu ilin avqust ayında 0,2 faiz artım göstərib.
Banco.az xəbər verir ki, Britaniya Milli Statistika İdarəsinin (ONS) açıqladığı rəsmi məlumatlara görə, ölkə iqtisadiyyatı iyulda 0,6 faiz azalma göstərsə də, avqustda bunu bərpa edə bilib.
Sözügedən dövrdə sənaye istehsalında azalma 0,7 faiz olduğu halda, tikinti sektorunda 0,5% olaraq qeydə alınıb.
Xidmətlər sektorunda artım isə 0,4% olub. Bu da iqtisadi artımın əsas drayveri olub.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu Britaniyanın 2024-cü ildə G7 ölkələri arasında ən zəif artıma sahib olacağını proqnozlaşdırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!