Britaniya iqtisadiyyatı gözlənilmədən böyüyüb | Banco.az

Britaniya iqtisadiyyatı gözlənilmədən böyüyüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Sentyabrda 0,6 faiz daralmış Britaniya iqtisadiyyatı oktyabrda 0,5 faiz artıb.

Banco.az xəbər verir ki, Britaniya Milli Ofisinin (ONS) yaydığı bəyanatda ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) oktyabr ayında 0,5 faiz artaraq 0,4 faiz gözləntisini aşdığı bildirilib.

Xatırladaq ki, krallığın iqtisadiyyatı təkcə oktyabr ayında əvvəlki aya nəzərən 0,6 faiz, avqust-oktyabr aylarını əhatə edən dövrdə isə ötən üç aylıq dövrə nəzərən 0,3% kiçilmişdi.

Böyük Britaniyanın maliyyə naziri Ceremi Hant məlumatlara münasibət bildirərək, “Bu rəqəmlər təsdiq edir ki, biz burada və bütün dünyada çox çətin bir iqtisadi dövr yaşayırıq. Vəziyyət daha da pisləşəndən sonra bərpa olunacaq”, sözlərindən istifadə edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et