Müəllif:Ayşən İmanova/Banco.az
Böyük Britaniyada hakim Leyboristlər Partiyasının min işçini dörd günlük iş həftəsinə keçirməyi planlaşdırdığı təcrübə başlayır.
Banco.az xəbər verir ki, bu barədə “Guardian” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, təcrübə zamanı min britaniyalı işçi maaşını itirmədən əlavə istirahət günləri alacaq. Qeyd olunur ki, kampaniyanın məqsədi təcrübənin nəticələrini yayda Leyboristlər hökumətinə təqdim etməkdir.
Təcrübədə 17 müəssisənin iştirak edəcəyi, daha dördünün isə sonra qoşulacağı bildirilir. Bununla belə, bəzi şirkətlər hər iki həftədən bir əlavə istirahət günü olan cədvəli sınaqdan keçirəcəklər.
Qəzetin müşahidəçiləri vurğulayırlar ki, Leyboristlər hökumətini dörd günlük həftə tətbiq etməyə inandırmaq çətin ola bilər, çünki bu, ilkin olaraq hakimiyyətin planlarına daxil edilməyib.