Müəllif: Tamara Mustafayeva, Banco.az
“StanChart” analitikləri neft qiymətlərində yeni artım dalğası proqnozlaşdırıblar.
Banco.az xəbər verir ki, İsrailin Yaxın Şərqdə İrana qarşı cavab tədbirləri məhdudlaşdırıldıqdan sonra neft qiymətləri ucuzlaşmağa başlamışdı.
Bununla belə, “Standard Chartered” analitiklərinin fikrincə, ABŞ seçkilərindən sonra neft qiymətlərində yeni artım müşahidə oluna bilər.
“StanChart” analitikləri Brent markalı neftin 2025-ci ilin birinci rübündə 89 dollara çatacağını proqnozlaşdırırlar. Qeyd edək ki, Brent markalı neft bu il 7 faiz ucuzlaşaraq 71 dollara satılır.
Analitiklərin fikrincə, ABŞ seçkiləri ilə yanvarın 20-də baş tutacaq ABŞ-ın yeni prezidentinin andiçmə mərasimi arasında olan iki aylıq dövrü potensial “konsentrasiya pəncərəsi” kimi qiymətləndirmək olar.
Bizi sosial şəbəkələrdən izləyin!!