Müəllif - Aida İsaq, Banco.az
BRİCS ölkələri üçün ortaq valyutanın yaradılması perspektivli və unikal addımdır.
Banco.az xəbər verir ki, bunu Sankt-Peterburq iqtisadi forumunda müsahibəsi zamanı Avrasiya İqtisadi Komissiyasının inteqrasiya və makroiqtisadiyyat naziri Sergey Qlazyev bildirib. Onun sözlərinə görə, hazırda yeganə milli pul vahidi olaraq avrodan istifadə olunur. Bu sistemə maraqlı olan istənilən ölkənin qoşulması üçün rəqəmsal formada beynəlxalq valyutanın yaradılması prinsipcə uğurlu olar. Ekspert BRİCS platformasında yeni valyuta modelinin hazırlanması istiqamətində beynəlxalq işçi qrupunun yaradılmasını təklif edib.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov müvafiq təşəbbüsün avqustda Cənubi Afrikada keçiriləcək sammitdə müzakirə olunacağını bildirib. Hazırda BRİCS-də Rusiya, Hindistan, Braziliya, Çin və Cənubi Afrika olmaqla beş dövlət təmsil olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!