Avropa Birliyi (AB) Şurasının sədri Donald Tuskın açıqlamasına görə, AB üzvü 27 ölkə "Brexit"in təxirə salınması mövzusunda razılaşıb. O, bu barədə Twitter hesabından açıqlama verib.
Görüşdə AB və Böyük Britaniya "Brexit"i 31 Oktyabr 2019-a qədər təxirə salmaq barədə qərar veriblər.
Tusk, bu "elastik təxirəsalmanın" İngiltərəyə ən yaxşı həlli tapması üçün əlavə 6 ay vaxt verdiyinə diqqəti çəkib.
31 Oktyabr 2019-a qədər etibarlı olacaq təxirəsalma, yalnız lazımlı olduğu qədər uzadılacaqdır. Əgər ayrılıq razılaşması tərəflər tərəfindən bu tarixdən əvvəl təsdiqlənsə, "Brexit" bir sonrakı ayın ilk günündə reallaşacaqdır.
marja