Brent nefti 73 dollara kimi bahalaşa bilər | Banco.az

Brent nefti 73 dollara kimi bahalaşa bilər

Beynəlxalq maliyyə bazarlarında son günlərin ən çox danışılan mövzusu Breksit prosesidir, neftdə də bahalaşma diqqət mərkəzindədir.

İngiltərə parlamentində sazişsiz Breksit səsverməsi keçiriləcək

Beynəlxalq valyuta birjalarında Breksit ilə bağlı yayılan xəbərlər fonunda dollar, avro və funtun məzənnələrində ticarət aktivliyi azalıb. Bu gün investorların diqqət mərkəzində olan hadisə isə İngiltərə parlamentinin sazişsiz Breksit ilə bağlı keçirəcəyi səsvermədir.

Ən sərfəli kredit üçün müraciət et

Brent nefti 73$-a kimi bahalaşa bilər

Bununla yanaşı, Bakı vaxtı ilə saat 18:30-da açıqlanacaq Amerikanın neft ehtiyatları ilə bağlı önəmli fundamental göstəriciləri də böyük maraqla gözlənilməkdədir.

Enerji birjalarında neft qiymətlərində bahalaşma son günlər artıb və Avropanın Brent neftinin qiyməti 67$-ın üzərində möhkəmlənərsə, 68 və 73$-a kimi də dəyər qazana bilər.

İnvestAz