Dünya birjalarında neft ucuzlaşıb.
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,17 dollar və ya 0,33% azalaraq 51,50 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,26 dollar və ya 0,45% azalaraq 56,53 dollar olub
Brent nefti 56,5 dollara satılır
![](https://banco.az/sites/default/files/news/neftt_4.jpg)
![](/sites/all/themes/bancoaz/logoaz.png)