Londonun ICE Futures birjasında Brent markalı neftin mart fyuçerslərinin qiyməti bir barel üçün 79,91 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 15 sent (0,19%) aşağıdır. Bazar ertəsi bu kontraktların qiyməti 1,5 dollar (1,9%) artaraq 80,06 dollar/barel olub.
Banco.az xəbər verir ki, Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda mart ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta qədər 0,13 dollar (0,17%) azalaraq bir barelə görə 74,63 dollar təşkil edib. Bazar ertəsi WTI markalı neftin bir barreli 1,51 dollar artaraq 74,76 dollar olub.
Qeyd edək ki, hər iki neft brendi keçən il dekabrın 26-dan bəri ən yüksək səviyyədə ticarəti başa vurub.
Bizi sosial şəbəkələrdən izləyin!!