Brent markalı neftin qiyməti rekord vurdu | Banco.az

Brent markalı neftin qiyməti rekord vurdu

Tamara Mustafayeva, Banco.az

Brent markalı neftin qiyməti ötən üç ilin maksimumuna çatıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neft enerji böhranının dərinləşməsi və qlobal enerji bazarının getdikcə daralması səbəbindən ardıcıl olaraq beşinci həftəni də qazancla başa vurmağa hazırlaşır.

ABŞ xam neftinin (WTI) noyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) çərşənbə axşamı 1,5% bahalaşdıqdan sonra hazırda bir bareli 73.35 dollara icra edilir.

Brent markalı neftin noyabr fyuçersi isə London əmtəə birjasında çərşənbə axşamı 1,4% dəyər qazandıqdan sonra 0,2% də bahalaşmaqla bir bareli 77.38 dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et